Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişdi

    1 day ago

    I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib. Valyuta.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi. Qərara əsasən, bu tələb ləğv olunub. Qüvvədə olan Qaydaya əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər. Dəyişikliyə əsasən, abituriyentlər hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.
    Click here to Read more
    Prev Article
    Sığorta şikayətlərinin artması fonunda "PAŞA Sığorta”nın yığımları azalır - 1 milyonluq geriləmə
    Next Article
    Birbank Private beynəlxalq "İnternational İnvestor" nəşri tərəfindən "Best Private Banking Azerbaijan" mükafatına layiq görüldü &reg

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment