Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sığorta şikayətlərinin artması fonunda "PAŞA Sığorta”nın yığımları azalır - 1 milyonluq geriləmə

    1 day ago

    "PAŞA Sığorta” şirkətinin yığımlarında son dövrlərdə ilk dəfə azalma müşahidə edilib.   Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Sığorta şirkəti bu ilin ilk rübündə 114,88 mln. manat sığorta haqqı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 0,9% və ya 1 milyon manat azdır. Belə ki, 2024-cü ilin ilk rübündə “PAŞA Sığorta” 115,95 milyon manat sığorta yığımı əldə edə bilmişdi.    "PAŞA Sığorta”nın yığımları ilə yanaşı, sığorta ödənişləri də azalmağa başlayıb.  Belə ki, şirkətin ödənişləri 2025-ci ilin yanvar-mart aylarında 1,5% və ya 430 min manat civarında azalaraq  27,68 mln. manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 28,1 mln. manat təşkil edib.  Bununla belə, sığorta şirkətinin zərərlilik göstəricisində ciddi bir dəyişiklik müşahidə edilməyib. Bu dövrdə “PAŞA Sığorta”nın ödəniş-yığım nisbəti 24,1% təşkil edib.  Qeyd edək ki, “PAŞA Sığorta” Azərbaycan sığorta bazarının əsas oyunçusu olsa da, xidmət keyfiyyəti ilə bağlı suallar yaranıb. Şirkət ötən ildən etibarən Mərkəzi Bankın ən çox şikayət olunan sığorta şirkətlərin sırasında öndə yer alır.  Xatırladaq ki, "PAŞA Sığorta” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi, həm də İdarə heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarovadır. Şirkətin nizamnamə kapitalı isə 50 milyon manatdır. Nara
    Click here to Read more
    Prev Article
    Metronun “28 May” stansiyası bağlanmır - Bəxtiyar Məmmədov
    Next Article
    I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment