Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İİTKM və Malayziya səfirliyi arasında strateji inkişaf və monitorinq sahəsində fikir mübadiləsi aparıldı

    1 day ago

    Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Malayziyanın Azərbaycandakı səfiri cənab Ahmad Kamrizamili qəbul edib. Görüş zamanı Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən dövlət proqramlarının idarə edilməsi, ortamüddətli xərclər çərçivəsi, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı icrası ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, İİTKM-də yaradılmış Monitorinq və Qiymətləndirmə İnstitutunun fəaliyyəti, tədbir əsaslı qiymətləndirmədən nəticə əsaslı qiymətləndirməyə keçid prosesi, eləcə də süni intellekt texnologiyalarına əsaslanan, data-əsaslı və real vaxt rejimində işləyən rəqəmsal platformalar vasitəsilə həyata keçirilən qiymətləndirmə prosesləri haqqında geniş təqdimat edib. Eyni zamanda Qarabağın işğalı dövründə Malayziyanın Azərbaycanı dəstəklədiyini xüsusi qeyd edərək hazırda azad olunan ərazilərdə ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin qayıdışı üzrə həyata keçirilən tədbirləri və hədəfləri qonağın diqqətinə çatdırıb. V.Qasımlı İİTKM-in operatoru olduğu rəqəmsal platformaların fəaliyyət sahələri və innovativ layihələrin icrası ilə baglı geniş məlumat vererək bu sahədə Malayziyanın müvafiq qurumları ilə əməkdaşlığın qarşılıq faydasını qeyd edib. Görüşdə səfir Ahmad Kamrizamil azad olunan ərazilərdə xüsusən Şuşa və Xankəndi şəhərlərinə səfəri zamanı qısa müddətdə həyata keçirilən yenidənqurma işlərinin miqyasını və Böyük Qayıdış proqramının uğurlu icrasını görməkdən məmnun olduğunu bildirib. O, Malayziyanın strateji inkişaf hədəfləri, tətbiq edilən monitorinq və qiymətləndirmə sistemi və bu fəaliyyəti həyata keçirən PEMANDU (Performance Management and Delivery Unit) qurumunun fəaliyyəti barədə məlumat verib. Səfir, həmçinin Malayziyanın beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində monitorinq və qiymətləndirmə, iqtisadi təhlil, süni intellekt və data analitika sahələrində İİTKM əməkdaşlarının bilik mübadiləsi proqramlarına və təlimlərinə cəlb olunmasına səfirliyin dəstək göstərməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova, İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli, Malayziyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Nurul Ain Mohammed Fadhil və səfirin köməkçisi Nubar Baydarova iştirak ediblər. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Aqro biznesinizi böyütmək üçün yeni kredit imkanları ilə tanış olun
    Next Article
    "Kapital Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment