Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İlqar Mustafayevin həbs müddəti uzadıldı

    17 hours ago

    Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 8 aylıq ilkin araşdırma müddəti yetərli olmayıb. Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimat verib. Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması xahiş edilib. Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb.  Bu müddət ərzində prokurorluq istintaqı yekunlaşdırmalıdır. Əks halda əlavə vaxt üçün baş prokuror və ya birinci müavini məhkəməyə müraciət etməlidir. Qeyd edək ki, İlqar Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.
    Click here to Read more
    Prev Article
    Prezident Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb
    Next Article
    Dünyada ən az boşanma bu ölkədədir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment