Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “İqtisadi islahatlar” jurnalı “RePEc” biblioqrafik məlumat bazasına daxil olub

    4 days ago

    Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı elmi məlumat bazası olan “RePEc”-ə (Research Papers in Economics) inteqrasiya olunub. 1997-ci ildən fəaliyyət göstərən “RePEc” iqtisadiyyat sahəsində aparılan tədqiqatların yayılması və elmi ictimaiyyətin bu tədqiqatlara asan çıxışının təmin edilməsi məqsədilə yaradılan dünyanın ən böyük açıq resurslarından biridir. “RePEc” biblioqrafik məlumat bazası olaraq “IDEAS” və “EconPapers” kimi bir neçə alt-platformadan ibarətdir. Artıq “İqtisadi islahatlar” elmi-analitik jurnalında çap olunan məqalələr həm “IDEAS” (//ideas.repec.org/s/azr/reform.html ), həm də “EconPapers” (//econpapers.repec.org/article/azrreform/) platformalarında oxuculara təqdim olunacaq. “IDEAS” iqtisadiyyata həsr olunmuş məqalələrin ən böyük biblioqrafik məlumat bazalarından biridir. Belə ki, burada oxuculara “RePEc”-ə əsaslanaraq 5 milyona yaxın çox tədqiqat işi təqdim olunur. “İqtisadi islahatlar” elmi-analitik jurnalının bu platformaya inteqrasiyası jurnalda çap edilən məqalələrin daha çox oxucuya çatmasına və istinad sayının artmasına xidmət edəcək.   Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirilib
    Next Article
    “AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment