Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

    5 days ago

    Finss.az - “AzerGold” QSC tərəfindən şirkətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən növbəti sosial təşəbbüsün həyata keçirilməsinə başlanılıb. “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan 15 nəfər qadın qənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlim proqramlarına cəlb edilib. Layihənin əsas məqsədi şəhid və müharibədə yaralananların ailə üzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığını artırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi, inklüziv cəmiyyətin qurulmasına töhfələrin verilməsidir. Layihə çərçivəsində iştirakçılara beynəlxalq dərəcəli qənnadçı ekspertlər tərəfindən nəzəri və praktiki təlimlər keçiriləcək. İki ay davam edəcək intensiv təlimlərdə  bütün növ zəruri mal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrə bilik və bacarıqlar aşılanacaq. Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatı əldə edəcəklər. Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlb edilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədə işlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinə dəstək göstəriləcək. Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    “İqtisadi islahatlar” jurnalı “RePEc” biblioqrafik məlumat bazasına daxil olub
    Next Article
    GIGABYTE GA-B75M-D3H, 13 Yaşında BIOS Güncellemesi Alarak M.2 NVME SSD Boot Desteği Kazandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment