Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İri sahibkarlıq subyektlərinə verilən kreditlər 8,361 milyard manata çatıb

    4 hours ago

    2024-cü ilin mart ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 361 milyon manat təşkil edib. Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 64 milyon manat və ya 0,8 faiz artım deməkdir. Cari ilin yanvar ayının əvvəlinə bu göstərici 8 milyard 297 milyon manat səviyyəsində olub. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin mart ayının sonuna Azərbaycan banklarının ümumi biznes kredit portfeli 14 milyard 935 milyon manat təşkil edib. 1 aprel 2024-cü il tarixinə olan statistikaya görə, ölkədə 867 iri sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizinə bərabərdir. Həmin subyektlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5%), “Emal sənayesi” (13,6%), “Tikinti” (13,0%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,9%) sahələrində cəmləşib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Tramp İsrailin strateji planlaşdırma naziri ilə İran və Qəzzanı müzakirə edir
    Next Article
    Türkiyədən Azərbaycana geyim ixracı 2,95 milyon dollar olub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment