Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İspaniyada çempionluq yarışı: "Barselona", yoxsa "Real"?

    1 day ago

    "İspaniyada "Barselona" - "Real Madrid" rəqabəti komandaların turnir cədvəlində hansı mövqedə olmasından asılı olmayaraq sona qədər davam edir". Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, cari mövsümdə də buna növbəti dəfə şahidlik edirik: "İspaniya La Liqasında çempionluq uğrunda mübarizə bu mövsümdə də çox gərgin keçir. Qarşıda 5 tur var. Üstəlik, sözügedən komandaların arasında da bir matç olacaq. Bu da əlbəttə ki, çox vacib matçdır". Ekspert qeyd edib ki, oyunun "Barselona"nın meydançasında olması onların üstünlüyü sayılır: "Bu matçın nəticəsi çempionu müəyyən edəcək. Qarşıdakı digər rəqibləri isə təxminən eyni gücdə saya bilərik. Həm "Barselona"nın, həm də "Real Madrid"in növbəti 4 matçda qələbə qazanacağını düşünürəm".  Kənan Məstəliyev vurğulayıb ki, aradakı 4 xallıq fərq "Barselona"nı bir addım önə çıxarır: "Hətta "el-klassiko"da məğlub olsalar belə, çempionluq yolunda öndə olacaqlar. Yəni digər matçları nəzərə alsaq, "Barselona"nın bir addım öndə olduğunu görərik". O diqqətə çatdırıb ki, "Real Madrid" hazırda yaxşı vəziyyətdə deyil və bir çox mövqedə ciddi problemləri var: "Lakin "Barselona" isə çox güclü bir komanda qurmağa nail olub. Hətta katalonlar dünyada bütün komandalara qalib gələcək gücdədirlər. Onlar, sadəcə Çempionlar Liqası qrafikasına görə bir qədər çətinlik çəkə bilərlər. Amma buna baxmayaraq, "Barselona" İspaniya La Liqasında çempionluq yolunda bir addım öndə görünür. Yəni, "Barselona"nın çempion olma ehtimalları daha yüksəkdir".  Pərviz
    Click here to Read more
    Prev Article
    Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq? - VİDEO
    Next Article
    Nazir Agentliyə baş direktor təyin etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment