Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kəskin hava şəraiti fermerlərə ZİYAN VURDU: "10 min manat maya qoymuşdum"

    7 hours ago

    Son günlər ölkə ərazisində, o cümlədən şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti taxılçılıq sahəsinə də mənfi təsir göstərib. Güclü küləklə müşahidə olunan yağış inkişaf etməkdə olan taxıl sahəsini pis vəziyyətə salıb. Bu vəziyyət isə biçin zamanı məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq Valyuta.az xəbər verir ki, fermer Mustafa Sadıqov narazılığını Baku TV ilə bölüşüb. "Keçən il doluya görə taxılımız məhv oldu. Bu il də leysan yağışları taxıl sahəsinə ziyan vurub. 10 hektar taxıl əkmişəm, 10 min manat maya qoymuşam. Taxılçılıq sahəsində vəziyyət çox gərgindir, hamımız ziyana işləyirik. Sığortanı harada və necə edəcəyimizi bilmirik", ‒ fermer söyləyib. Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirilib ki, əkin sahələrini aqrar sığorta vasitəsilə dolu, fırtına, qasırğa, sel suları, güclü leysan yağışları, donvurma kimi risklərdən qorumaq mümkündür: "Fermerləri çoxsaylı risklərdən qorumaq üçün təsərrüfatlarını sığortalamağa çağırırıq. Sığorta haqqı olduqca azdır. Fermerlər maliyyə çətinliyi yaşamadan təsərrüfatlarını sığortalaya bilərlər". Ətraflı süjetdə:
    Click here to Read more
    Prev Article
    Apple'ın 'e' Serisi iPhone'larıyla İlgili Yeni İddia: Gelmeye Devam Edecek mi?
    Next Article
    Bu şirkətin rəhbərinə “stop” qoyuldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment