Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    KİV: Starmerin evinin yandırılmasının arxasında düşmən dövlət dayana bilər

    9 hours ago

    Böyük Britaniya hüquq-mühafizə orqanları baş nazir Kir Starmeri hədəf alan bir sıra yanğınları araşdırır, bəziləri isə bu işdə "düşmən dövlətin" iştirak etdiyini düşünür.  HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb. "Terrorla mübarizə bölməsi yandırma hücumlarının arxasında düşmən dövlətin ola biləcəyi ehtimalını araşdırır", deyə qeyd edilib. Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırmağa davam edir. Mayın 12-də Böyük Britaniya polisi Starmerin evində baş verən yanğınla bağlı araşdırmaya başlayıb. Yanğınla bağlı ilk xəbəri “Times” qəzeti yayıb. Nəşrin məlumatına görə, yanğın binanın giriş qapısına ziyan vurub. Starmerin Dovninq Stritdəki rəsmi iqamətgahına köçməzdən əvvəl təxminən 20 il yaşadığı ev Londonun şimalında, Countess Road-da yerləşir. Mətbuatın yazdığına görə, baş nazir hazırda evini kirayə verir. Samir  
    Click here to Read more
    Prev Article
    "Onların hamısını dəyişəcəyik" - Eldar Quliyevdən açıqlama
    Next Article
    Türkiyənin xarici işlər naziri: İstanbulda Ukrayna danışıqlarının formatı hələ müəyyənləşməyib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment