Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Onların hamısını dəyişəcəyik" - Eldar Quliyevdən açıqlama

    11 hours ago

    "Biz 5-10 gündən sonra İmişli rayon Ağsaqqallar Şurasında seçki keçirəcəyik. Vahid Tağıyev müvəqqəti təyin olunub. Biz hətta istəyirik ki, orada şura üzvlərinin tərkibini də dəyişək".  Bunu "Unikal"a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.  Deputat "Vahid Tağıyevin də tədbir zamanı sinəsində "Georgi lenti" olub" sözlərimizə belə cavab verib: "Onların hamısında o lent olub. Ağılları ora qədər işləyir. Biz növbəti həftə orada seçki keçirib, onları dəyişəcəyik".  Eldar müəllim, şuranın Aparat rəhbəri dünən İmişli rayon Ağsaqqallar Şurasında iclas keçirib. Bu zaman Saleh müəllimin otağında olan Stalinin büstü və digər SSRİ simvolları otaqda görünməyib. Bunu necə qiymətləndirirsiniz?  "Bizi heç Stalin maraqlandırmır. Bizə təsir edən orada SSRİ-nin bayrağı və "Georgi lenti"nin olması oldu. Bununla bağlı kəskin tədbirlər gördük. Mən axtarıram ki, həmin "Georgi lenti"ni bunlara kim verib. Biz fərziyələrlə yaşaya bilmərik. Onlar bu nöqsanı törədiblər. Biz bu günaha görə onları cəzalandırmışıq. Biz Salehi həm sədrlikdən, həm də şuradan çıxarmışıq. Digərləri ilə bağlı da tədbir görəcəyik. O nə qədər imkanlı olsa da, biz icazə verə bilmərik ki, Azərbaycan bayrağının yanında SSRİ bayrağı olsun". 
    Click here to Read more
    Prev Article
    Dondurulmuş Rusiya aktivləri bu il Eurocleara nə qədər qazandırıb?
    Next Article
    KİV: Starmerin evinin yandırılmasının arxasında düşmən dövlət dayana bilər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment