Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Körpə uşaqlar niyə ağlayır?

    7 hours ago

    Kiçik yaşlı uşaqlar danışa bilmədiyi üçün istəklərini ağlayaraq çatdırır.  Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, yeni doğulan körpənin emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Körpə beşikdən belə anaya tez çatan, ona ehtiyac duyduğunu göstərən tembri seçə bilir. Sadəcə, bunu deməyi körpə hələ bacarmır. Onun ağlaması öz ehtiyacları və arzuları haqqında valideynlərə xəbərin verilməsi üsuludur:  “Körpənin ağlaması təbii tənəffüs gimnastikasıdır. Uşaqlar müxtəlif səbəblərdən - acıyanda, altını batıranda, ətrafdakı səs-küydən narahat olanda, harasısa ağrıyanda - ağlayırlar. Körpə təkidlə və dayanmadan ağlayırsa, deməli, o, acıyıb və ya altını batırıb. Körpənin ağlamağına fikir verilsə onun nə istədiyini müəyyənləşdirmək olar. Zaman keçdikcə uşaqların ağlama metodu dəyişir. Bunu da valideynlər müşahidə edir. Uşaqlar ağlayaraq , nə istədiklərini qarşı tərəfdən tələb edir”. Sevinc
    Click here to Read more
    Prev Article
    "Apple"ın yeni hədəfi: "iPhone" və "Vision Pro" cihazlarını beyinlə idarə etmək
    Next Article
    Lavrov: Zelenskinin mikrofona qışqırması diplomatiya ola bilməz

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment