Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kredit, girov, gözləmə yoxdur: Bizneslərə 90%-dək maliyyələşmə imkanı

    12 hours ago

    Unibank Kiçik və Orta Biznes (KOB) sahiblərinə ticarət əməliyyatlarında rahatlıq və maliyyə dayanıqlığı qazandırmaq üçün “Ticarətin maliyyələşdirilməsi” adlı yeni kredit məhsulunu təqdim edir. Finss.az xəbər ve4rir ki, bu məhsul vasitəsilə biznes tərəfdaşının ödənişini aylarla gözləməyə ehtiyac qalmır – Unibank həmin vəsaiti satıcıya əvvəlcədən ödəyir. Yeni xidmət çərçivəsində təqdim edilən “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” alətləri sahibkarların debitor və kreditor borclarının 90%-dək hissəsinin maliyyələşdirilməsinə imkan yaradır. Məqsəd – alqı-satqı prosesində həm alıcı, həm də satıcının maliyyə dövriyyəsini sürətləndirmək, onların likvidlik və məzənnə risklərini azaltmaqdır. Faktorinq nədir? Bu məhsul satıcının alıcıya qarşı olan pul tələblərini banka güzəştə getməsi və onun müqabilində dövriyyə vəsaitlərini əldə etməsi sisteminə əsaslanır. Proses zamanı: Satıcı məhsulu alıcıya möhlətlə göndərir, Göndərişi təsdiq edən sənədləri banka təqdim edir, Bank satıcıya məbləğin 90%-dək hissəsini dərhal ödəyir, Möhlət bitdikdə alıcı ödənişi banka edir. Satışın maliyyələşdirilməsi Bu modeldə isə alıcının təchizatçıya qarşı öhdəliyi birbaşa bank tərəfindən yerinə yetirilir. Alıcıya verilən möhlət ərzində o, ödənişi banka edir. Beləliklə: Satıcı ödənişini tez alır və risklərdən azad olur, Alıcı girov qoymadan ödəniş üçün zaman qazanır və maliyyə vəsaitlərini digər sahələrə yönəldə bilir. Əlavə üstünlüklər: Təhlükəsizlik və şəffaflıq, Uzun və qısa müddətli kredit imkanı, Ticarət əməliyyatlarının planlı şəkildə aparılması, Onlayn müraciət rahatlığı. Unibank.az platforması vasitəsilə bu məhsul üçün cəmi 3 addımda müraciət etmək mümkündür: vebsayta daxil olmaq, sifariş formunu doldurmaq və kredit şərtlərini seçmək kifayətdir. Unibank bu məhsulu ilə KOB-ların fəaliyyətini gücləndirməyi və ticarətdə dövriyyənin fasiləsiz davam etməsini dəstəkləməyi qarşısına məqsəd qoyur. Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/297 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    BMT-nin baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz
    Next Article
    Sahibkarlara daşınmaz əmlakın lizinqi üçün yeni imkanlar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment