Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sahibkarlara daşınmaz əmlakın lizinqi üçün yeni imkanlar

    3 days ago

    “MCB BOKT” QSC kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələr üçün yeni lizinq imkanları təqdim edir. Finss.az xəbər verir ki, şirkət ofis, ev və ya pərakəndə satış obyektləri kimi daşınmaz əmlakın lizinqini təklif edərək, sahibkarlığın inkişafına dəstək verməyi hədəfləyir. Yeni təklif çərçivəsində lizinq müddəti maksimum 72 aya qədər nəzərdə tutulub. Müştərilərdən tələb olunan minimal ilkin ödəniş isə cəmi 25% təşkil edir. Bu da bizneslərin əlavə maliyyə yükü çəkmədən fəaliyyətlərini genişləndirməsinə şərait yaradır. Qeyd edək ki, bu lizinq növü xüsusilə icarəyə ofis, satış məntəqəsi və ya digər kommersiya obyektləri götürmək istəyən sahibkarlar üçün əlverişli hesab olunur. “MCB BOKT” bu məhsulla müştərilərinə uzunmüddətli və sabit ödəniş şərtləri ilə daşınmaz əmlakdan istifadəyə şərait yaradır. Ətraflı məlumat üçün keçid: //mcb.az/biznes-m%c9%99qs%c9%99dli-dasinmaz-%c9%99mlakin-lizinqi/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Kredit, girov, gözləmə yoxdur: Bizneslərə 90%-dək maliyyələşmə imkanı
    Next Article
    Tıp dünyasını şaşırtan vaka! Depresyona giren hasta, 56 gün boyunca kesintisiz uyudu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment