Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Lənkəran-Lerik turu: Xanbulan gölü, Sivəkaran şəlaləsi və daha nələr...

    2 hours ago

    "Star Travel" turizm agentliyi tərəfindən Lənkəran-Lerik istiqamətində birgünlük daxili tur təşkil olunur. Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 25 manat, standart paket üçün isə 29 manat müəyyən edilib. Tura aşağıdakı tarixlərdə qatılmaq mümkündür: 3, 4, 9, 10, 11, 12, 18, 24, 25, 28 və 31 may 2025-ci il. Qiymətə daxildir: Nəqliyyat xidməti Ekskursiyalar Səhər yeməyi (yalnız standart paketdə) Çay süfrəsi Tur rəhbəri Yolboyu əyləncəli oyunlar və hədiyyələr Ekskursiya proqramına aşağıdakı məkanlar daxildir: Xanbulan gölü (Giriş: 2 AZN) Sivəkaran şəlaləsi Rahat Məkan istirahət mərkəzində nahar fasiləsi Meşəbəyi istirahət mərkəzi Toplanış səhər saat 06:30-da Gənclik metrosunun yaxınlığında, Caspian Shopping T/M qarşısında həyata keçiriləcək. Tur avtobusu 07:10-da yola düşür, və təqribən saat 23:00-da Bakı şəhərinə geri dönüş nəzərdə tutulur. Yolüstü qoşulmaq istəyən iştirakçılar 20 Yanvar, Şamaxinka, Lökbatan, Sahil qəsəbəsi və Salyan ərazilərində tura qoşula bilərlər. Tur zamanı spirtli içkilərin istifadəsi qadağandır. Nahar qiymətə daxil deyil. Minimum 18 nəfərlik fərdi qruplar üçün fərqli tarix və toplanış məkanları üzrə turlar təşkil oluna bilər. Ətraflı məlumat üçün əlaqə: (070) 932 13 33. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Avropa komissiyası şəffaflıq prinsipini pozub
    Next Article
    Spotify AI DJ ile Artık Etkileşim Kurulabiliyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment