Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Lerik və Lənkəranın füsunkar təbiətinə səyahət: Münasib qiymətlə

    12 hours ago

    “STİMUL TRAVEL” şirkəti tərəfindən cənub bölgəsinə - Lənkəran və Lerikə istiqamətlənən 1 günlük tur elan edilib. Turun qiyməti seçilən paketdən asılı olaraq 25 və ya 29 manat təşkil edir. Finss.az xəbər verir ki, turun tarixləri may ayı üçün 17, 18, 24, 25, 28 və 31, iyun ayı üçün isə 7, 8, 14, 15, 21, 22, 28 və 29 tarixlərini əhatə edir. Toplanış 06:30-da “Gənclik” metrosu, Caspian Shopping Mall-ın qarşısında həyata keçiriləcək, çıxış isə 07:10-da baş tutacaq. Təqribən 23:00-da qayıdış planlaşdırılır. Yolüstü tur iştirakçıları üçün əlavə toplanış nöqtələri müəyyən edilib: 20 Yanvar (Kontakt Home), Şamaxinka (Lukoil), Lökbatan dairəsi, Sahil qəsəbəsi və Salyan. Ekskursiya proqramına Xanbulan gölü (giriş 2 AZN), Sivəkaran şəlaləsi, Rahat Məkan və Meşəbəyi istirahət mərkəzlərinə səfərlər daxildir. Ekonom paketə nəqliyyat, ekskursiyalar, çay süfrəsi, tur rəhbəri və əyləncəli proqramlar daxildir. Standart paketdə isə əlavə olaraq səhər yeməyi təklif olunur. Qeyd olunur ki, tur zamanı spirtli içkilərdən istifadə qəti qadağandır. Nahar yeməyi qiymətə daxil deyil. Ən azı 18 nəfərlik qruplar üçün istənilən tarix və istiqamətdə fərdi turlar təşkil oluna bilər. Əlaqə: (070) 240 33 34 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Peşə sahiblərinə 30 min manatadək dəstək: girovsuz və zaminsiz
    Next Article
    Müxtəlif sektorların son göstəriciləri

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment