Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik? - RƏSMİ CAVAB

    1 day ago

    Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib. Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Valyuta.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib. AMB-dən APA-ya bildirilib ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Qeyd edilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır. "Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir" - AMB-dən əlavə edilib.
    Click here to Read more
    Prev Article
    Baş nazirdən Balaxanı ilə bağlı QƏRAR
    Next Article
    Turistlərin Azərbaycanda üstünlük verdiyi HOTELLƏR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment