Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Baş nazirdən Balaxanı ilə bağlı QƏRAR

    15 hours ago

    Nazirlər Kabineti ölkə Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir. İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    Click here to Read more
    Prev Article
    “Azərbaycan Hava Yolları” ixracda sürət yığır - İlk rübdə 3,8 milyonluq gəlir
    Next Article
    Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik? - RƏSMİ CAVAB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment