Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Marketinqdə "ucuz" və "baha"nın fərqi

    12 minutes ago

    Rəqsanə Məmmədova Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Ucuz məhsulun marketinqini qurmaq çətindir, yoxsa baha məhsulun? Bu suala birmənalı cavab vermək mümkün deyil, çünki hər iki məhsul növünün özünəməxsus çətinlikləri və yanaşmaları mövcuddur. Əsas məsələ odur ki, hər məhsulun hədəf auditoriyası, dəyər təklifi və təqdimat üslubu fərqlidir. Bahalı məhsullar: Qiyməti yox, statusu satmaq Bahalı məhsulların marketinqində əsas diqqət qiymətə deyil, dəyərə və statusa yönəldilir. Belə məhsullar müştərinin özünü fərqli və üstün hiss etməsinə xidmət edir. Məsələn, lüks avtomobillər, brend geyimlər, eksklüziv zinyət əşyalarının reklam olunarkən heç vaxt “bu məhsul ucuzdur” və ya “endirimdədir” kimi mesajlarla təqdim olunmur. Əksinə, təqdimat vizual olaraq estetikaya, prestijə və həyat tərzinə fokuslanır. Reklam mesajları daha çox emosional təsirə əsaslanır: “Sən bu səviyyədəsən.” “Özünə bu cür münasibət göstər.” “Sadəcə məhsul deyil, həyat tərzidir.” Bu tip məhsullarda müştəriyə dəyər hiss etdirmək və qərarını rasional səbəblərlə deyil, hisslərlə əsaslandırmaq əsas strategiyadır. Ucuz məhsullar: Qiymət və əlçatanlıq ön plandadır Ucuz məhsullar isə fərqli taktika tələb edir. Bu məhsullar geniş kütləyə xitab etdiyi üçün qiymət əsas qərarverici faktordur. Bu səbəbdən endirim kampaniyaları, aksiyalar, “1 al, 1 hədiyyə” kimi təkliflər geniş istifadə olunur. Hədəf daha çox satış həcmidir, çünki qazanc marjası aşağıdır. Bu tip məhsulların reklamlarında tez-tez bu kimi mesajlara rast gəlirik: “Ən sərfəli qiymət!” “Endirimli təkliflər yalnız bu həftə!” “Cəmi 2.99 AZN-ə!” Bu yanaşmada sürətli qərarverməyə təşviq edən elementlər – vaxt məhdudiyyəti, və məhsul məhdudiyyəti önə çıxır. Hansı daha çətindir? Əslində hər ikisinin öz çətinliyi var. Bahalı məhsulda çətinlik brendə inam yaratmaq və dəyəri əsaslandırmaqdır. Ucuz məhsulda isə rəqabətin çox olması və müştərini loyal saxlamaqdır. Ucuz və bahalı məhsulların marketinqində vahid resept yoxdur. Bahalı məhsullar status və emosional dəyər üzərindən satılır, ucuz məhsullar isə sərfəli qiymət, əlçatanlıq və kütləvi satış strategiyası ilə tanıdılır. Marketoloqun vəzifəsi — məhsulun mövqeyinə uyğun düzgün üslub tapmaq və auditoriyanın gözləntilərinə cavab verən dəyərləndirmə təqdim etməkdir.
    Click here to Read more
    Prev Article
    Madonna haqqında serial çəkiləcək
    Next Article
    Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır - Bu necə ola bilər? - AÇIQLAMA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment