Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Xruşovka” tipli evlərə maraq azalır – qiymət artımı zəifdir

    24 minutes from now

    Bakı şəhərində ucuz mənzillər seqmentində, xüsusilə köhnə “Xruşovka” layihəli binalardakı 1–2 otaqlı mənzillərin qiymət artımı nisbətən zəif olub. Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib. Məlumata görə, bəzi illərdə struktur dəyişikliyi səbəbindən bu seqmentdə qiymət enişi də müşahidə olunub. Belə ki, köhnə evlərin bazar portfelində payı artsa da – yəni satışda bu tip mənzillər çox, lakin alıcısı az olsa da – onların qiyməti durğun qalır və ya çox cüzi şəkildə artır. 2024-cü ilin əvvəllərində mənzil bazarının passiv dövrü zamanı ən çox çətinlik məhz ucuz və köhnə mənzillərin satışı ilə bağlı yaşanıb. Lakin sonradan ümumi iqtisadi aktivlik bərpa olunduqca, bu seqmentdə də cüzi bahalaşma qeydə alınıb. Araşdırmalara əsasən, qiymət artımı illik 5–10% intervalında dəyişib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Dövlət Xidmətində Türkiyə Milli Təhlükəsizlik Şurası ilə görüş keçirilib – FOTO 
    Next Article
    Çin iqtisadi siyasətində qeyri-müəyyənlik artır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment