Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Məhkəmədəki rəqəmsal xəyal: Hüquqda "deepfake" dövrü başladı

    1 hour from now

    ABŞ-ın Arizona ştatında baş verən və hüquq tarixində bir ilk kimi qiymətləndirilən hadisədə, yol-nəqliyyat mübahisəsi zamanı ölən Kristofer Pelkinin adından məhkəmədə çıxış edən süni intellekt tərəfindən yaradılmış “deepfake” avatar ədalət sistemində etik və hüquqi mübahisələri gündəmə gətirib. HİT.az xəbər verir ki, "NBC News"un məlumatına görə, bu texnologiyanın bu məqsədlə istifadəsi məlum olan ilk nümunələrdən biri kimi qeydə alınıb. Pelkinin ailəsi, xüsusilə də bacısı, bu qeyri-adi ideyanın təşəbbüskarı olub. O, etki bəyanatını yazmağa çalışsa da, yazdıqlarının qardaşının xatirəsinə yetərincə sayğılı və dürüst xidmət etmədiyini hiss etdiyini bildirib. Bu çətinlik, süni intellekt texnologiyasının köməyə çağırılmasına yol açıb. Pelkinin bacısı avatar üçün bir mətn yazıb və bu mətnin onun qardaşının düşüncələrini və xarakterini əks etdirdiyinə əmin olduğunu deyib. Marikopa əyaləti Ali Məhkəməsinin hakimi Todd Lanq bu yanaşmanı qəbul edib və avatarın məhkəmə zalında nümayiş olunmasına icazə verilib. Məhkəmədə təqdim edilən video çıxışda, Pelkinin avatarı onu öldürən Qabriel Xorqasitasa bağışlama mesajı göndərib: "Məni vuran adam Qabriel Xorqasitas: O gün o şəraitdə qarşılaşmağımız doğrudan da üzücü idi. Bəlkə başqa bir həyatda dost ola bilərdik. Mən bağışlamağa inanıram". Hakim Lanq bu çıxışı inandırıcı sayıb və Pelkinin xarakterini düzgün əks etdirdiyini bildirib. Lakin buna baxmayaraq, Xorqasitas 10 il həbs cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin vəkili Ceyson Lamm bu təqdimatın apellyasiya mərhələsində ciddi müzakirələr doğura biləcəyini bildirib: "Bəli, hakimlər zərərçəkən ifadələrini qiymətləndirməkdə geniş səlahiyyətə malikdir, lakin apellyasiya məhkəməsi bunun hüquqi baxımdan düzgün olub-olmadığını araşdırmalı olacaq" Bundan əvvəl, eyni işdə prosesdəki prosessual pozuntular səbəbilə iş təkrar baxılmışdı. Bu səbəbdən də yeni texnologiyanın tətbiqi hüquqi presedent kimi dəyərləndirilə bilər. Arizona Dövlət Universitetinin hüquq professoru Qari Marçant bu texnologiyanın yaratdığı etik risklərə diqqət çəkib: "Məhkəmə zalında danışan birini görürsünüz, amma əslində o adam artıq həyatda deyil. Bu bizi çox təhlükəli bir hüquqi sahəyə sürükləyə bilər". Bu hadisə süni intellektin hüquq sistemində istifadəsinin həm etik, həm də hüquqi tərəfləri baxımından geniş müzakirələrə yol açır. Texnologiyanın gələcəkdə məhkəmə proseslərində necə yer alacağı hüquq dünyasının gündəmində əsas mövzulardan biri olmağa davam edəcək. Samir
    Click here to Read more
    Prev Article
    Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
    Next Article
    Prezident Türkiyənin milli müdafiə nazirini qəbuletdi - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment