Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

    1 week ago

    Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. Valyuta.az Apa-ya istinadən xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb. Məhkəmənin qərarına əsasən, Qalib Məmmədovun və Qala Eynullayevin həbs müddəti 2 ay müddətinə uzadılıb. Qeyd edək ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator Eynullayev Qala Seymur oğlu və iş icraçısı saxlanılıb. Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Qala Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham olunur.
    Click here to Read more
    Prev Article
    Yeni binalarda istilik şəbəkəsi məcburi olacaq - Vahid sistem olacaq
    Next Article
    Dört büyüklerden deprem sonrası geçmiş olsun mesajı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment