Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    MİQ və sertifikasiya imtahanları DİM-ə verilə bilər? -AÇIQLAMA

    3 hours ago

    Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə bildirmişdi ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) sıx əməkdaşlığı var, lazım olanda bir-birlərinə kömək edirlər. Bu əməkdaşlıq hansı sahələrdə edilir, Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ və sertifikataşdırma imtahanlarında DİM-in təcrübəsinə müraciət olunurmu? Bu və digər suallara cavab almaq üçün Elm və Təhsil Nazirliyininə mürüciət etsək də, sorğumuza cavab verilmədi. Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Elmin Nuri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasındakı münasibətləri yüksək qiymətləndirir: “Yalnız proseslərin içərisində olan şəxslər bu əlaqələrin hansı istiqamətdə getdiyinin, pərdə arxasında nələrin müzakirə olundğunun, iki qurum arasındakı əlaqələrin nəyə xidmət etdiyinin fərqində ola bilərlər. Ola bilsin ki, vətəndaşlar bunun fərqində olmaya bilərlər. Amma pərdə arxasında gücləndirilən əməkdaşlıqlar yüksək dəyərləndirilməlidir. Mümkündür ki, hansısa illərdə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasındakı münasibətlərdə müəyyən soyuqluq olub. Amma son bir neçə il üçün deyə bilərəm ki, bugünkü ETN və DİM rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir. Müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya prosesində ortaq əməkdaşlığın olacağını düşünmürəm. Dövlət İmtahan Mərkəzi bir çox qurumlardan imtahan keçirmək üçün sifariş alır və həyata keçirir. Amma Elm və Təhsil Nazirliyi öz tabeliyində olan müəllimlərin işə qəbulu və sertifikasiyası üçün bu prosesi özü həyata keçirir. Demək ki, onların seçimləri budur. Sosial şəbəkələrdə çox rəylər oxuyub görürük ki, cəmiyyət içərisində bu imtahanların DİM tərəfindən keçirilməsini istəyənlər var. Amma görürük ki, ETN bu fikirdə deyil. Burada mənfi və müsbət halların olması ayrı mövzudur, amma fakt olaraq bu proses Nazirlik tərəfindən həyata keçirilir. DİM burada ETN-ə töhfə verə bilər. Məsələn, DİM Nazirliyin alt qurumları ilə müzakirələr apara, öz təcrübələrini onlarla bölüşə bilər. DİM son 10 il ərzində dünyada imtahan keçirən qurumların təcrübəsini öyrənib və tətbiq edir. Burada da prosesə nəzarət etməsələr də məsləhətverici funksiyada çıxış edə bilərlər”. E.Nuri deyib ki, DİM imtahan keçirmə və qiymətləndirmə ilə bağlı dünya çapında sertifikat almış bir qurumdur: “Bu qurum təbii ki, imtahan prosesini Elm və Təhsil Nazirliyindən, yaxud digər hər hansı qurumdan daha yaxşı keçirəcək. Amma bir qurum özünə məxsus olan prosesi ona etibar etmirsə, buna qarışa bilmərik. Biz bu gün ETN-ə deyə bilmərik ki, səlahiyyətində olan imtahanları DİM-ə təhvil versin. Problemlər var, bunları həll etmək üçün Nazirlik DİM-lə əməkdaşlıq edə bilər. DİM mövcud problemlərin həlli istiqamətində öz paketlərini hazırlayıb Nazirliyə təqdim edə bilər. Mən bu addımı alqışlayaram. Hələlik razı deyiləm ki, ETN kənarda qalsın və imtahanlar DİM-ə həvalə edilsin. Amma ola bilsin ki, Nazirlik özü bununla bağlı qərar versin. Bu zaman da Nazirlik sifarişçi olaraq DİM-ə müraciət edəcək, qurumlar arasında müqavilə bağlanacaq. Biz siravi vətəndaş olaraq buna qarışa bilmərik. Bu zaman da Nazirlik sifarişçi olur. Amma ETN DİM-in sifarişçilərindən biri olmaq istəmirsə, biz onu nədəsə günahlandıra bilmərik”. ©modern.az
    Click here to Read more
    Prev Article
    "Tesla" şirkəti Maskı əvəzləməyə çalışır? - WSJ-nin məqaləsi şirkəti qarışdırdı
    Next Article
    “Azerenerji”də nə baş verir? - İxrac gəlirlərində 39 milyon dollarlıq azalma

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment