Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Tesla" şirkəti Maskı əvəzləməyə çalışır? - WSJ-nin məqaləsi şirkəti qarışdırdı

    19 minutes ago

    "Tesla" şirkətinin rəhbəri Robin Denholm cümə axşamı "Wall Street Journal" nəşrində yayımlanan və idarə heyətinin baş icraçı direktor İlon Maskı (Elon Musk) əvəzləyəcək şəxs tapmaq üçün kadr axtarışı firmalarına müraciət etdiyini iddia edən xəbəri təkzib edib. Valyuta.Az-ın verdiyi xəbərə görə, "Wall Street Journal" çərşənbə günü mənbələrə istinadən yazmışdı ki, "Tesla"nın idarə heyəti təxminən bir ay əvvəl bir neçə kadr axtarışı firması ilə əlaqə saxlayaraq şirkətə yeni baş icraçı direktor tapmaq üçün ilkin danışıqlara başlayıb. Denholm "X" sosial şəbəkəsində paylaşım edərək bu xəbərin "tamamilə yalan" olduğunu bildirib və elektrikli avtomobil istehsalçısının idarə heyətinin Maskın qarşıdakı inkişaf planlarını uğurla həyata keçirəcəyinə "tam əmin olduğunu" qeyd edib. Mask da öz növbəsində bu xəbəri "qəsdən yazılmış yalan məqalə" adlandırıb. Mask ötən həftə bildirmişdi ki, "Tramp administrasiyasına" ayırdığı vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və "Tesla"nın idarəsinə daha çox diqqət yetirəcək. Onun "Hökumət Effektivliyi Departamenti" (DOGE) çərçivəsində federal iş yerlərinin ixtisarı ilə bağlı fəaliyyəti Tramp dövrünün ən mübahisəli məsələlərindən biri hesab olunur. Maskın "Tesla"dan uzaq qalması isə, xüsusilə şirkətin köhnəlmiş elektrikli avtomobil modellərinin satışında müşahidə olunan azalma fonunda, investorları narahat edib. Avropada sağçı siyasi baxışlara açıq şəkildə dəstək verməsi Mask və "Tesla"ya qarşı etirazlara, o cümlədən ABŞ və Avropadakı nümayiş salonları və enerji doldurma stansiyalarında vandalizm hallarına səbəb olub. "Wall Street Journal" yazır ki, idarə heyətinin üzvləri Maskla görüşərək ondan ictimai şəkildə "Tesla"ya daha çox vaxt ayıracağını açıqlamasını istəyiblər. Lakin xəbərə görə, Mask – özü də idarə heyətinin üzvüdür – bu varislik planlarından xəbərdar olub-olmadığı və ya "Tesla"ya daha çox vaxt ayıracağı ilə bağlı vədinin bu təşəbbüslərə təsir edib-etmədiyi hələlik bəlli deyil. "Tesla" hazırda həlledici bir mərhələdədir. Qlobal miqyasda artan rəqabət fonunda Mask əvvəlki ucuz qiymətli elektrikli avtomobil platforması planını dəyişərək sürücüsüz taksilər və insanabənzər robotlar üzərində fokuslandığını açıqlayıb. Bu, "Tesla"nın gələcəyinin avtomobil istehsalçısından çox süni intellekt və robot texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət kimi formalaşacağına işarədir. Şirkətin dəyərinin böyük hissəsi də bu baxışa əsaslanır və bəzi investorlar Maskın bu vizyonu irəli aparacağına inanırlar. Ötən həftə federal tənzimləyici orqanlar pilotsuz avtomobillərin sınaqdan keçirilməsi qaydalarını yumşaldıb ki, bu da "Tesla"nın səhm dəyərinin artmasına səbəb olub. "Wall Street Journal"ın yazdığına görə, "Tesla"nın bəzi idarə heyəti üzvləri, o cümlədən həmtəsisçi Cey Bi Stroubel (JB Straubel), əsas investorlarla görüşlər keçirərək onları şirkətin etibarlı rəhbərlik altında olduğuna inandırmağa çalışıblar. Aktivist investorlar uzun müddətdir "Tesla"nın idarə heyətini müstəqil olmamaqda və Maskı nəzarətsiz buraxmaqda ittiham edirlər. Mask tərəfindən bu vəzifəyə seçilən və onun mübahisəli maaş paketini müdafiə edən Denholm, həmçinin öz əmək haqqı ilə bağlı da tənqid olunub. Bəzi suallar bu ödənişin onun Mask və şirkət üzərindəki nəzarət funksiyasına təsir edib-etmədiyi ilə bağlıdır. Denholm bu ittihamları rədd edib, onun sözçüsü isə maaş paketinin ədalətli olduğunu bildirib. Mart ayında Denholm "Tesla" səhmlərindən təxminən 33,7 milyon dollar dəyərində satış həyata keçirib. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına sənəd təqdim edilib. Məqaləyə görə, Maskın qardaşı Kimbal Mask (Kimbal Musk) və media maqnatı Rupert Merdokun (Rupert Murdoch) oğlu Ceyms Merdokun (James Murdoch) da daxil olduğu səkkiz nəfərlik idarə heyəti hazırda müstəqil bir direktorun əlavə edilməsi istiqamətində iş aparır. Aydın
    Click here to Read more
    Prev Article
    Ekrem Bey’den mektup var!
    Next Article
    MİQ və sertifikasiya imtahanları DİM-ə verilə bilər? -AÇIQLAMA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment