Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nə üçün ailə psixoloqlarına ehtiyac var?

    2 hours ago

    "Azərbaycanda ailə psixologiyasının inkişafı hələ də məhdud olsa da, bu sahənin əhəmiyyəti getdikcə daha çox anlaşılır".  Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, ailə psixoloqları ailə üzvləri arasında münasibətləri gücləndirərək, qarşılıqlı anlayış və dəstəyi artırmağa kömək edirlər: "Onlar, ailə üzvlərini həm açıq və səmimi ünsiyyətə təşviq edirlər, həm də anlaşılmazlıqların və mübahisələrin qarşısını alırlar. Seans zamanı ailə üzvləri bir-birinə qarşı empatiya qurmağı və hisslərini düzgün ifadə etməyi, çətin həyat hadisələri ilə daha yaxşı başa çıxmaq üçün lazım olan bacarıqları öyrənirlər".  Ekspert qeyd edib ki, ailə psixologiyası ailə üzvləri arasında qarşılıqlı anlayış və dəstəyi artıraraq, ailə birliyini qoruyur: "Çox təəssüf ki, Azərbaycanda inkişaf etməsə də, əksər ölkələrdə hər kəsin fərdi ailə psixoloqları var. Ailə üzvləri həyatda yaşadıqları çətinlikləri, eləcə də cütlüklər aralarında yaşadıqları problemləri doğru qaydada həll etmənin yolunu bilirlər. Lakin ailə psixoloqunun vəzifəsi bununla da bitmir. Onlar, cütlüklərin hər hansısa bir səbəbdən boşandıqları zaman sağlam psixologiyada ayrılmalarını, əgər uşaq varsa, onunla düzgün şəkildə danışaraq doğru psixologiyada olmasına kömək edirlər".  Mütəxəssis vurğulayıb ki, sözügedən psixoloqlar ailə üzvləri arasında qarşılıqlı anlayış və dəstəyi artıraraq, ailə münasibətlərinin sağlam inkişafına töhfə verirlər: "Əgər evlənəcəyiniz şəxslə psixoloji olaraq uyğun olduğunuzu, xarakterinizin uyumluluğunu bilmək istəyirsinizsə, habelə ailəniz də hər hansısa bir problem yaşayırsınızsa, bunu yad insanlara deyərək səhv dəstək almayın. Əksinə, ailə psixoloquna müraciət edərək daha sağlam qərarlar alın.  Unutmayın, psixoloqlar sizi yarğılayan yox, hər situasiyada yanınızda olaraq sizə doğru yolu göstərən şəxslərdir. Ailə psixoloquna yalnız evli insanlar deyil, həm də cütlüklər müraciət edə bilər. Ümumiyyətlə, sağlam ailə sağlam təməllə qurular. Sağlam təməlli ailə qurmaq istəyirsinizsə, o zaman ailə psixoloquna müraciət edə bilərsiniz". Pərviz
    Click here to Read more
    Prev Article
    “Bilim Quba” mərkəzi fəaliyyətə başlayır
    Next Article
    "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment