Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Oleq Bakinski ev dustaqlığına buraxıldı

    1 day ago

    Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin vəkili Xeyransə Babayevanın verdiyi vəsatətə görə prosesin daha erkən vaxta çəkildiyi elan olunub. Vəkil X.Babayeva Oleq Krapivinin səhhətindəki ciddi problemlərlə əlaqədar haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəzlənilməsini xahiş edib. Belə ki, təqsirləndirilən şəxs hipertoniya xəstəliyi ilə əlaqədar müalicə almalıdır. Zərərçəkənin vəkili Oleq Krapivinin qapalı şəraitdə saxlanılmasında problem olmaması ilə əlaqədar vəsatətə etiraz edib. Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahixəsinə buraxıb. Məhkəmə vəsatəti təmin edib. Oleq Krapivin məhkəmə zaıından azadlığa buraxılıb. Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
    Click here to Read more
    Prev Article
    Süni intellekt əsaslı məhsullar nümayiş etdiriləcək
    Next Article
    Sabotaj və kiberhücumlar: Polşa Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyini iddia edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment