Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sabotaj və kiberhücumlar: Polşa Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyini iddia edir

    1 day ago

    Polşa bildirib ki, ölkə mayın 18-də keçiriləcək prezident seçkilərinə Rusiyanın misli görünməmiş müdaxilə cəhdi ilə üzləşib.  HİT.az xəbər verir ki, bu bəyanatla Rəqəmsal Texnologiyalar naziri Kşiştof Qavkovski çıxış edib. Qavkovski qeyd edib ki, Polşanın Ukraynaya yardım mərkəzi kimi rolu onu Rusiyanın təxribatı, kiberhücumları və dezinformasiya üçün əsas hədəfə çevirib. Onun sözlərinə görə, xüsusilə Rumıniyada dekabrda keçirilən prezident seçkiləri Rusiyanın müdaxiləsi səbəbindən ləğv edildikdən sonra Varşava müdaxilə üçün yüksək hazırlıq vəziyyətindədir. "Polşada bu il keçirilən prezident seçkiləri zamanı biz Rusiya tərəfdən seçki prosesinə görünməmiş müdaxilə cəhdi ilə üzləşdik. Bu, dövlətin normal fəaliyyətini iflic etmək məqsədilə Polşanın kritik infrastrukturuna hibrid hücumlarla birləşən dezinformasiyanın yayılması ilə həyata keçirilir", deyə Qavkovski müdafiə konfransında bildirib. Polşanın rəqəmsal işlər naziri su təchizatı və kanalizasiya şirkətlərinə, istilik elektrik stansiyalarına və dövlət idarəetmə orqanlarına hücum edildiyinə aydınlıq gətirib. O, Polşada kiberhücumlar baxımından Rusiyanın aktivliyinin 2024-cü illə müqayisədə iki dəfədən çox artdığını vurğulayıb. "Bu gün Polşada mənim çıxışımın hər dəqiqəsi üçün mühüm infrastrukturu hədəf alan onlarla insident qeydə alınıb", deyə Qavkovski əlavə edib. Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Varşava meri Rafal Trzaskoskinin hakim Vətəndaş Koalisiyası partiyasından Polşa prezidentliyinə namizəd olduğunu açıqlamışdı. Praymerizin nəticələrinə görə, o, 74,75%, rəqibi xarici işlər naziri Radoslav Şikorski isə 25,25% səs toplayıb. Öz növbəsində Şikorski praymerizdə ona səs verən hər kəsi "şərtsiz Rafal Trzaskovskini dəstəkləməyə" çağırıb. Samir
    Click here to Read more
    Prev Article
    Oleq Bakinski ev dustaqlığına buraxıldı
    Next Article
    Leyla və Arzu Əliyevalar “Rabat xalça sənəti” immersiv sərgisinın açılışında iştirak ediblər – FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment