Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ölkə ərazisində yeni TV kanalı yayıma başlayır

    15 hours ago

    Finss.az - "Naxçıvan TV" ölkə ərazisində peyk və kabel televiziyalarında rəqəmsal yayıma başlamaq üçün hazırlıq işlərinə start verib. Televiziya artıq test yayımına başlayıb. Oxu.az-n məlumata görə, ötən ilin avqust ayında "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib. Bu, kanalın ölkə daxilində daha geniş yayılmasını təmin edəcək. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi barədə verilən qərar çərçivəsində, 15 avqust 2024-cü il tarixində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə edilib. Şuranın qəbul etdiyi müvafiq qərara əsasən, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-yə regional yerüstü televiziya və radio yayımçısı lisenziyaları verilib. Eyni zamanda, "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilməsi qərara alınıb. Bu addımlar, "Naxçıvan TV"nin ölkə daxilində daha geniş auditoriyaya çatmasını və rəqəmsal yayım sahəsindəki mövqeyini gücləndirməsini hədəfləyir.
    Click here to Read more
    Prev Article
    Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərinə sənəd qəbulu davam edir
    Next Article
    Aİ TikTok-u 530 milyon avro cərimə etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment