Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Para BOKT" növbəti dəfə zərər edib

    31 minutes ago

    "Para BOKT" 2024-cü ili 1,202 milyon manat zərərlə bitirib.  Valyuta.az xəbər verir ki, 2023-ci ilə nisbətən kredit təşkilatının zərərliliyi 15,4% artıb. "Para BOKT" 2023-ci il üzrə 1,042 milyon manat zərər əldə etmişdi. Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 4,83% artaraq 4,247 milyon manat, dəyərsizləşmə üzrə zərərləri 1,7% artaraq 3,894 milyon  manat, işçi heyəti üzrə xərcləri 1,42 % azalaraq 278 min manat, ümumi inzibatı xərcləri isə 4,6% artaraq 1,048 milyon manat təşkil edib.  Son nəticədə kredit təşkilatı ötən il 1 milyon  min manat əməliyyat zərəri ilə üzləşib. Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 12,3 % və ya 2.596 milyon manat azalaraq 18,513 milyon manat olub. Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 14,5 % azalaraq 10,376 milyon manat təşkil edib. Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 3,6 % və ya 1,394 milyon manat azalaraq 37,650 milyon manata bərabər olub. 2025-cü il yanvar ayının 1-nə 29,266 milyon manat nizamnamə kapitalına malik olan "Para BOKT"un yığılmış zərəri 51,047 milyon manatdan 52,249 milyon manata yüksəlib. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Ford'un Elektrikli Otomobilleri Puma Gen-E, Capri ve Explorer EV Türkiye'de: İşte Fiyatları ve Özellikleri
    Next Article
    Azərbaycanın yeni hərbi prokuroru kimdir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment