Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Paytaxtın bu ərazisində böyük park salınır

    4 days ago

    Bakının Xətai rayonundakı mövcud "Sevgililər Parkı"nın ərazisi genişləndiriləcək. Valyuta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat verib. Məlumata görə, parkın davamının dizayn layihəsi, konsept layihəsi hazırlanaraq təsdiq ediləcək. Bundan əlavə, layihədə parkın davamının şəhərsalma əsaslandırılması, baş planı, memarlığı, elektrik təchizatı, yanğın siqnalizasiya, videomüşahidə və su və kanalizasiya sistemi, eləcə də parkın işıqlanması, parkda Wi-Fi sistemi və s. məsələlər öz əksini tapacaq. Bundan başqa, paytaxtda 5 ha ərazidə yeni salınacaq parkın da layihəsi hazırlanacaq. Həmçinin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri aparılacaq. Bildirilib ki, hazırda bununla layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. BŞİH layihələrin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihələrin hazırlanması 3 milyon manata başa gələcək.
    Click here to Read more
    Prev Article
    Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - SİYAHI
    Next Article
    Bakıda ən ucuz ərazilər haradadır? (VİDEO)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment