Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - SİYAHI

    8 hours ago

    "Bakı Marafonu 2025" ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Valyuta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub. "Əlavə olaraq qeyd edək ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə 4 may saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq", - deyə məlumatda qeyd olunub.
    Click here to Read more
    Prev Article
    Pedaqoji Universitetə ən yüksək KEÇİD BALLARI
    Next Article
    Paytaxtın bu ərazisində böyük park salınır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment