Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pentaqon iki sualtı qayıq üçün 18,4 milyard dollar xərcləyəcək

    3 hours ago

    Pentaqon iki Virciniya sinifli dördüncü nəsil çoxməqsədli nüvə sualtı qayıqlarının tikintisi üçün General Dynamics və Huntington Ingalls şirkətləri ilə 18,4 milyard dollar dəyərində müqavilələr bağlayıb. Hit.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib. Müqavilələrə iki sualtı qayığın tikintisi ilə yanaşı, gəmiqayırma zavodlarında məhsuldarlığın artırılmasına və nüvə enerjisi ilə işləyən gəmiqayırma proqramına investisiyalar daxildir. General Dynamics ilə müqavilənin dəyəri 12,4 milyard dollardır və yekun həcmi 17,15 milyard dollara çatdırmaq mümkündür. Huntington Ingalls ilə müqavilənin dəyəri təxminən 1,3 milyard dollardır. Pentaqonun bəyanatı, müqavilələrin ümumi müqavilə dəyərini 18,445 milyard dollara çatdıra biləcək variantları ehtiva etdiyini qeyd edib. Müqavilələr üzrə işlər 2036-cı ilin iyun ayına kimi başa çatdırılmalıdır. Martın 21-də ABŞ prezidenti Donald Tramp “Boeing” şirkətinə “Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində altıncı nəsil döyüş təyyarəsinin hazırlanması üçün müqavilə imzaladığını açıqlayıb. Samir
    Click here to Read more
    Prev Article
    Sabahın hava proqnozu - 23 dərəcə isti olacaq
    Next Article
    Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment