Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edildi

    7 hours ago

    Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edilib. Valyuta.az xəbər verir ki, o, 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində “Bank işi” ixtisası üzrə, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsilini tamamlamışdır. 2007-ci ildən bank sektorunda fəaliyyət göstərən Pərviz Qasımov, bank məhsullarının yaradılması, inkişafı, satışların təşkili və müştəri loyallıq proqramlarının qurulması sahələrində geniş təcrübəyə malikdir. O, “Bank of Baku” ASC-də mütəxəssis kimi başladığı karyerasında uğurla irəliləyərək Məhsul və müştəri idarəetməsi departamentinin direktoru səviyyəsinə qədər yüksəlmiş, bu müddət ərzində məhsul və proseslərin idarə edilməsi ilə bağlı müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Ardınca “Kapital Bank” ASC-də Pərakəndə satış departamentinin Rəqəmsal satışlar şöbəsinin rəisi, “ABB Bank”da isə Pərakəndə seqment sahəsinin baş məhsulu və məhsul rəhbəri vəzifələrində fəaliyyət göstərmişdir. “AFB Bank” ASC, Pərviz Qasımovun yeni vəzifəsində bankın strateji hədəflərinə çatmasına və inkişafına mühüm töhfə verəcəyinə inanır.
    Click here to Read more
    Prev Article
    Azərbaycanda yeni medal təsis edildi
    Next Article
    Bu şəxslər 1000 manat cərimələnəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment