Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Peşəkar işçi motivasiyası az olanda da öz vəzifəsini qüsursuz yerinə yetirməlidir - EKSPERT

    47 minutes ago

    İş yerlərində işə fərqli yanaşan kadrlar görürük. Məsələn, iş yeri eyni olsa da, bəzi işçilər işə enerjili başlayarkən, bəzilərinin motivasiyası olmur. Ola bilər ki, situasiya şirkətə bağlı olsun, amma işçinin işləmək üçün ümumi motivasiyası olmur. Bəzi işçilərdə bu hal qısa müddət davam edərkən, bəzilərində daimi olur. Belə olduqda məhsuldarlığı azalır, işə adaptasiya ola bilmir. Amma məcbur olur ki, işə getsin. Motivasiyası azalan işçinin motivasiyasını qaldırmaq üçün şirkət nə edə bilər? Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, iş həyatında heç bir əməkdaşa uşaq kimi baxılmamalıdır: “Mən illərdir Azərbaycanda keçirdiyim peşəkar idarəçilik təlimlərimdə bu mövzuya xüsusi önəm verirəm. İş həyatında heç bir əməkdaşı uşağa baxılan kimi qiymətləndirilməməli, heç kimin uşaq baxıcısı yanaşması ilə idarə edilməməli olduğunu tez-tez vurğulayıram”.  Heç kim başqasının daimi motivasiya mənbəyi ola bilməz A.Kandemir deyir ki, son vaxtlar tez-tez işçilərin motivasiyasının aşağı olması və bu zaman şirkətin üstünə düşən vəzifənin nə olması ilə bağlı tez-tez suallar ünvanlanır: “Əlbəttə, iş yerindəki ab-hava, rəhbərin yanaşması, ədalətli bir sistemin mövcudluğu motivasiyanı təsir edən amillərdəndir. Bunu heç kim inkar etmir. Ancaq bütün məsuliyyəti yalnız şirkətin üzərinə yıxmaq da düzgün yanaşma deyil. Bir insan müəyyən yaşa çatıbsa, maaş alırsa, ailəsi və məsuliyyətləri varsa və bu halda hər səhər kimsənin gəlib “motivasiyalı ol, işləməyə başla, öz üzərində işlə” deməsini gözləyirsə, burada ciddi bir şəxsi fərqindəlik çatışmazlığı var. Amma heç kim başqasının daimi motivasiya mənbəyi ola bilməz”. Bəs şirkətin vəzifəsi nədir? A.Kandemir deyir ki, bu kimi situasiyalarda şirkətin üzərinə düşən vəzifələr də var: “Ədalətli sistem qurmalı, rahat mühit yaratmalı, inkişaf imkanları təqdim etməli, əməkdaşlarını dəstəkləməlidir. Şirkət bütün bunları etməzsə, idarəetmə baxımından onsuz da zəif sayılır. Amma hər mənfi ruh halında, hər yorğunluqda “motivasiya yoxdur” deyən bir əməkdaşın məsuliyyətlərini daim başqalarının daşımasını gözləməsi də qəbulolunmazdır. Motivasiya xaricdən verilən bir mükafat deyil, daxildən gələn enerjidir”. Motivasiya bir lüks deyil, bir duruş məsələsidir A.Kandemir qeyd etdi ki, əgər bir əməkdaş yalnız maaşı artırılanda, kofe fasiləsi uzadıldığında və ya tərif alanda motivasiya tapırsa, bu, həqiqi motivasiya deyil, bu sadəcə zövqdür və keçicidir. Peşəkarlıq isə bəzən motivasiyanın aşağı olduğu günlərdə belə öz vəzifələrini qüsursuz yerinə yetirə bilməkdir. Çünki motivasiya bir lüks deyil, bir duruş məsələsidir. Şirkət dəstək verər, yol göstərə bilər. Amma heç kim başqasının həyat enerjisini daşımaqla öhdəliklərini yerinə yetirə bilməz. Hər kəs öz motivasiyasını özü təmin etməlidir”. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Spotify, Müzik Dinleme Deneyimini Katlayacak Yepyeni Özelliklerini Duyurdu
    Next Article
    Teatr tamaşası üçün alınan biletə görə ƏDV necə qaytarılır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment