Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Teatr tamaşası üçün alınan biletə görə ƏDV necə qaytarılır?

    4 hours ago

    2025-ci ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Qaraca qız” tamaşasına bilet almışdım. Televiziyada Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı proqramı izləyərkən ƏDV-nin artıq teatr tamaşalarına bilet alanda da geri qaytarıldığını eşitdim. Belə olduğu halda, ödədiyim məbləğin ƏDV hissəsi necə qaytarılacaq? Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, 2025-ci il iyulun 1-dən etibarən fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi geri qaytarılır. Qeyd olunan dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə mindiyindən, tərəfinizdən 2025-ci ilin yanvar ayında teatr tamaşasına alınmış bilet üzrə ödənilmiş ƏDV məbləği geri qaytarılmır. 2025-ci il iyulun 1-dən etibarən istehlakçılar teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödədikləri ƏDV-nin 50 faizini hazırda tətbiq olunan “ƏDV gerial” rejimində qaytara bilərlər.
    Click here to Read more
    Prev Article
    Peşəkar işçi motivasiyası az olanda da öz vəzifəsini qüsursuz yerinə yetirməlidir - EKSPERT
    Next Article
    İcra Hakimiyyəti özünə yeni bina tikdirir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment