Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - YENİLƏNİB

    1 day ago

    Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. HİT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Toplantı iştirakçıları birgə foto çəkdiriblər. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur. Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. *** Bu gün Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyası keçirilir. HİT.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.  
    Click here to Read more
    Prev Article
    Kirayə mexanizmi ilə daha 157 mənzil satışa çıxarıldı
    Next Article
    Yeni sədr də istefa verdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment