Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Yeni sədr də istefa verdi

    1 day ago

    İmişlidə 9 May tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun vəzifəsindən azad olunaraq yerinə müavini Vahid Tağıyevin gətirilməsi ilə bağlı xəbər vermişdik. “Qafqazinfo”nun məlumatına görə, yeni təyin olunan sədr V.Tağıyev cəmi 1 gün sonra - ötən gün istefa verib. O, bununla bağlı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevə müraciət ünvanlayıb. “İlk dəfə Ağsaqqallar Şurasına gələndə bildirmişdim ki, mən bir neçə ay yaxından kömək edib, sonra ayrılaraq sağlamlığımla məşğul olacağam. Odur ki, xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”, - müraciətdə qeyd olunub. Xatırladaq ki, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonda keçirilən 9 May tədbirləri zamanı SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi səbəbindən vəzifəsindən azad edilmişdi. Sədr vəzifəsinin müvəqqəti olaraq birinci müavini Vahid Tağıyevə həvalə olunsa da, sonradan onun da sözügedən tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatıldığı məlum olmuşdu. Onların SSRİ bayrağı və “Georgi lenti” ilə tədbirdə iştirakları cəmiyyətdə narazılıqla qaşılanmışdı.
    Click here to Read more
    Prev Article
    Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - YENİLƏNİB
    Next Article
    Məbədin divarında 12 skelet tapıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment