Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pul haqqında yanlış bilinən gerçəklər – Daha çox qazanmağın sirri nədir? - SƏHƏR OXUSU

    4 hours ago

    Bir çoxumuz kasıb və ya orta təbəqə ailələrdə böyümüşük və həyatımızın qalan hissəsini də bu təbəqənin düşüncə və davranışlarının təsiri altında yaşayırıq. Əgər siz də maliyyə baxımından məhdudiyyətli, amma yaxşı niyyətli bir ailə tərəfindən bu şəkildə böyüdülmüsünüzsə, bu məqaləni oxuyaraq sizi içində saxlayan yanlış inanclardan qurtula bilərsiniz. Budur, pul haqqında yanlış bilinən bəzi düşüncələr: “Pul ağacda bitmir”, “azla kifayətlənmək lazımdır” kimi cümlələr həyatımıza o qədər yer edib ki, bəzən özümüz də bilmədən bu düşüncələrin əsirinə çevrilirik. Çünki uşaqlıqdan bizə pul haqqında belə "doğru" kimi görünən fikirlər aşılanıb.  Əslində isə bu fikirlərin əksəriyyəti bizi maliyyə azadlığından uzaqlaşdıran mental tələlərdir. Valyuta.az illərlə doğru hesab edilən, lakin maliyyə baxımından sizi yavaşladan 12 məşhur yanlış inancı təqdim edir: Əgər siz də daha sərbəst, güvənli və məqsədli bir maddi həyata doğru addım atmaq istəyirsinizsə, bu səhv düşüncələri tanımaq və onlardan qurtulmaqla başlaya bilərsiniz. Rahat yaşayacaq qədər pulum olsun, yetərlidir Orta təbəqənin düşüncə tərzində bu rahatlıq ideyası əsas yer tutur. Amma reallıq budur ki, bir çox insan təqaüd dövrü üçün kifayət qədər pul yığa bilmir. Bu da onların yaşlılıqda da işləməyə məcbur qalmasına səbəb olur. Ona görə də, qısa müddətli rahatlığın əsiri olmayın, maliyyə azadlığınızı qazanın. Pul qazanmaq məcburiyyətindəyəm Bizə uşaqlıqdan öyrədilən təhsil və tərbiyə pul qazanmaq üçün zamanımızı satmalı olduğumuzu düşündürür. Pul qazanmağı yox, dəyər yaratmağı düşünün. Cəmiyyət üçün dəyərli bir şey etsəniz, mükafatını da alacaqsınız. Böyük olan daha yaxşı deyil Bu yanlış düşüncədir. Böyük olan daha yaxşı və daha ehtişamlıdır. Kiçik düşünmək enerjinizi alar. Dünyanın ən uğurlu şirkətləri böyük şirkətlərdir. Böyük düşünmək daha əyləncəli və uğur ehtimalını artıran yoldur. Daha çox pul, daha çox problem Əgər çox pul daha çox problemdirsə, qoy problem olsun. Çünki pulu olmayan adam olmaq daha böyük problemdir. Daha çox pul, həyat üzərində daha çox nəzarət və seçim azadlığı deməkdir. Qazanmaq üçün xərcləmək lazımdır Bugünkü milyonerlərin üçdə biri birinci nəsil milyonerlərdir. Yəni bu insanlar sıfırdan zəngin olublar, çünki ideyalarının arxasınca getməyə cəsarətləri olub. Başlanğıc üçün qazanmaq üçün xərcləmək fikri yanlışdır. Pul ağacda bitmir Bu sözlər pulu məhdud və çətin əldə olunan bir şey kimi göstərir. Amma bu dünyada təqribən 134 trilyon dollar pul var və bu vəsaitin əksəriyyəti sadəcə rəqəmlərlə təmsil olunur. Pul çatışmazlığı yalnız kasıb insanların zehnində mövcuddur. Yeni gün, yeni qazanc Əməkçi insanlar hər gün qazanc üçün çalışırlar. Amma zamanınızı sataraq nə qədər qazandığınızdan çox, qazanc üçün zaman sərf etmədən necə dəyər yarada biləcəyinizi düşünməlisiniz. Zəngin insanlar zamanla pulu dəyişdirərlər, çünki zaman puldan daha qiymətlidir. Pul bütün pisliklərin mənbəyidir Doğrusu: “Pul sevgisi bütün pisliklərin mənbəyidir.” Pulun şeytan olması ilə bağlı yanlış bir düşüncə mövcuddur. Zəngin olmaq pis deyil, doğrudur.  Bil Qeyts deyib: “Kasıb doğulmaq sizin günahınız deyil, amma kasıb ölmək sizin günahınızdır.” Damlaya-damlaya göl olar Bu fikirə inanırsınızsa, maliyyə azadlığınız heç vaxt olmayacaq. Qənaət pis deyil, amma yalnız qənaətlə maliyyə azadlığı mümkün deyil. Çünki qənaətin limiti var, amma gəlirin artmasının limiti yoxdur. Ona görə də öncə gəlirinizi artırmağa fokuslanmalısınız. “Pul hər şeyi ala bilməz” Əlbəttə ki, pul hər şeyi ala bilməz, amma rahat və azad bir həyat üçün böyük rol oynayır. Elmi tədqiqatlar da göstərir ki, müəyyən bir nöqtəyə qədər pul insanı xoşbəxt edə bilir. Fikrimi satmaq istəyirəm Bu düşüncə kiçik düşünən insanların yanaşmasıdır. Böyük ideyalara sahib insanlar, məsələn, “Starbucks”ın sahibi ideyalarını ucuz qiymətə satmadı. Fikirlərinizi kiçiltməkdən və dəyərsizləşdirməkdən çəkinin. Zəngin insanlar xəsisdir Bəzən insanın bir qədər eqoist olması lazım ola bilər. Əgər özünüzə kömək etmirsinizsə, başqalarına da kömək edə bilməzsiniz. Öz maliyyə vəziyyətinizi düzəltmədən başqalarına fayda vermək çox çətindir. Zəngin olmaq sizi eqoist etmir, əksinə başqalarına yardım etməyə daha çox imkan yaradır. Bu fikirlərdən qurtulun və öz maliyyə azadlığınız üçün ilk addımı atın. Unutmayın ki, sizi geridə saxlayan yalnız yanlış düşüncələrdir. Günay
    Click here to Read more
    Prev Article
    Armagh healthy ready meal firm enters liquidation
    Next Article
    Derbinin anahtarı Rafa

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment