Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Qala-STB" ASC-də yeni sədr seçiləcək

    17 hours ago

    "Qala-STB" Açıq Səhmdar Cəmiyyətinin 6 iyun tarixində səhmdarlarının ümumi yığıncağı  keçiriləcək. Valyuta.az xəbər verir ki, tədbirin gündəliyinə Cəmiyyətin yeni sədrinin seçilməsi məsələsi daxildir. ASC-nin yığıncağı saat 12:00-da, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 47 ünvanında yerləşən "Füzuli Residence" binasının 2-ci mərtəbəsində baş tutacaq. Qeyd edək ki, yığıncaqda iştirak etmək istəyən səhmdarların qeydiyyatı həmin gün saat 09:00-dan etibarən başlayacaq. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir. Səhmdarlar yığıncaqda şəxsən və ya notarial qaydada təsdiqlənmiş etibarnamə ilə təyin olunmuş nümayəndə vasitəsilə iştirak edə bilərlər. “Qala-STB” Açıq Səhmdar Cəmiyyəti 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Natiq Fərzəliyevdir. Xatırladaq ki, "Qala-STB” 2020-ci ildə “International Development Company” MMC-dən ayrılma yolu ilə yenidən təşkil olunmuşdu. Bu ASC-nin nizamnamə kapitalı da azalıb. Belə ki, 327 500 manatdan 59 044 manata enib. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    "Tesla"ya Fransadan pis xəbər - Satışlar kəskin azaldı
    Next Article
    Qızıldan ölkəyə gələn gəlir 2 dəfədən çox artdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment