Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Tesla"ya Fransadan pis xəbər - Satışlar kəskin azaldı

    4 hours ago

    "Tesla" şirkətinin Fransadakı avtomobil satışları aprel ayında ciddi şəkildə azalıb.  Valyuta.az xəbər verir ki, elektrikli avtomobil nəhəngi olan və İlon Maskın rəhbərlik etdiyi şirkət Avropa İttifaqının üçüncü ən böyük avtomobil bazarı sayılan Fransada satışlarında ciddi geriləmə ilə üzləşib. ABŞ prezidenti Donald Trampın milyarder müşaviri kimi də tanınan İlon Maskın idarə etdiyi "Tesla" şirkətinin satışları bu ilin aprel ayında Fransada ötən ilin eyni dövrü ilə müqayisədə 59 faiz azalıb. Fransanın avtomobil sənayesi təşkilatı PFA 2025-ci ilin əvvəlindən bəri ölkədə cəmi 7 min 556 "Tesla" avtomobilinin qeydiyyata alındığını və bunun 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 faiz daha az olduğunu bildirib. AFP agentliyinin məlumatına görə, Avropa İttifaqının üçüncü ən böyük avtomobil bazarındakı bu azalma, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) "Tesla" satışlarının Aİ üzrə ümumilikdə birinci rübdə 45 faiz azaldığını göstərən hesabatının ardınca gəlib. Analitiklərin fikrincə, İlon Maskın Trampa yaxın olması "Tesla"nın Avropadakı satışlarında yaşanan bu ciddi geriləmədə mümkün təsir amillərindən biridir. Fransada aprel ayında ümumilikdə elektrikli avtomobil satışları durğunlaşıb. Ümumi avtomobil satışlarında 5,64 faiz azalma qeydə alınıb və yollara çıxan yeni avtomobil sayı 139 minə enib. PFA-nın prezidenti Nikola Lö Biqo bildirib: "Bazarda narahatedici səviyyədəyik, satışlar Covid-dən əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Bütün bu proseslər Trampın ABŞ-da tətbiq etdiyi gömrük rüsumları ilə digər ölkələrə yönələn ticarət müharibəsi və bunun yaratdığı qeyri-müəyyənliklərlə daha da güclənir". PFA-nın açıqlamasına görə, ABŞ-Avropa mənşəli və "Jeep", "Peugeot", "Fiat" və "Maserati" kimi markaları istehsal edən "Stellantis" qrupunun aprel ayında satışları 12 faiz azalıb. Eyni dövrdə "Renault" satışlarını 2 faiz artırıb, "Volkswagen"in satışları isə 8,5 faiz geriləyib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Apple'dan 100 Ülkedeki Bazı iPhone Sahiplerine Casus Yazılım Uyarısı
    Next Article
    "Qala-STB" ASC-də yeni sədr seçiləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment