Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qiymətləndirmə üzrə mütəxəssis - VAKANSİYA

    5 days ago

    Finss.az - AFB Bank, qiymətləndirmə sahəsində təcrübəli və peşəkar mütəxəssis axtarır. Namizədə dair tələblər: Ali təhsil; Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Daşınmaz və ya daşınar əmlaklar üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə etmiş şəxs arzuolunandır; MS Office proqramları üzrə biliklər. İşin təsviri: Daşınmaz əmlak, avtonəqliyyat vasitələri, avadanlıq və digər girovların real bazar dəyərinin müəyyənləşdirilməsi; Kredit təminatı üçün təqdim olunan əmlakların qiymətləndirilməsi; Əmlak obyektlərinə baxış keçirərək faktiki vəziyyətin qiymətləndirilməsi və sənədlərlə uyğunluğunun yoxlanılması, otoşəkillərin və digər vizual materialların toplanması; Kredit üzrə risklərin minimuma endirilməsi üçün qiymətləndirmə tövsiyələri; Qiymətləndirmə zamanı müvafiq metodlardan istifadə (gəlir yanaşması, bazar yanaşması, maya dəyəri yanaşması, müqayisəli yanaşma və s.); Dəqiq və şəffaf hesabatların yazılması; Müvafiq normativ-hüquqi aktlara və qiymətləndirmə fəaliyyəti haqqında qanuna uyğun sənədlərin tərtib olunması; Əmlak bazarının monitorinqi, müqayisə edilə bilən obyektlərin təhlili; Qiymət trendlərinin izlənməsi və analizi; Girovda olan təminatların təkrar qiymətləndirilməsi və portfelə nəzarət olunması; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı; Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması; Qiymətləndirmə sahəsində minimum 3 illik təcrübə; Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər; Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər. İş şəraiti: İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qiymətləndirmə üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
    Click here to Read more
    Prev Article
    Mazda və Toyota istehsal həcmini artırır
    Next Article
    EA, Battlefield Labs Oyun Testlerine Daha Fazla Oyuncu Ekleyecek

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment