Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Qrip olanda da həkimə müraciət edin, çünki..." - İnfeksionistdən AÇIQLAMA

    3 hours ago

    Cəmiyyətimizdə xəstələnən insanların çox böyük əksəriyyəti həkimə müraciət etmir.  Onlar, xəstəliyi ev şəraitində keçirərək, keçməsini gözləyirlər. Ən çox da qripdə buna rast gəlirik. Ölkəmizdə qripə görə həkimə müraciət edənlər demək olar ki, yox səviyyəsindədir. Lakin qrip və bəzi xəstəliklər zamanı həkimə müraciət etməmək daha sonra ciddi problemlərə səbəb ola bilir.  Bəs hansı hallarda dərhal həkimə müraciət etmək lazımdır?  Mövzu ilə bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O bildirib ki, mövsümü olaraq insanların yoluxduğu müxtəlif xəstəliklər olur: "Bu xəstəliklər baş ağrısı, temperaturun yüksəlməsi, halsızlıq, əzələ və oynaq ağrıları kimi simptomlarla özünü biruzə verir. Bəzən öskürək və ya sinədə ağrılar da yaranır. Bu hallarda özbaşına dərman qəbul etməkdənsə həkimə müraciət etmək yaxşı olar".  Həkim qeyd edib ki, bəzən qrip və ya digər xəstəliklər virus xarakterli də ola bilir: "Belə olan zaman simptomatik terapiya edərək xəstəni izləyirik. Lakin xəstə vaxtında həkimə müraciət etməyəndə və temperatur dirəncli hal almağa başlayanda antibiotik qəbul edir. Nəticədə isə xəstəlik daha da ağırlaşır. Daha dəqiq desək, qonşuda kimsə xəstələnəndə antibiotik qəbul edib deyə onu təkrarlamaq doğru deyil". Ləman Qalimova vurğulayıb ki, həkim məsləhəti olmadan antibiotik qəbul etmək daha sonra müalicəyə mənfi təsir edir: "Ümumiyyətlə, sadəcə xəstəliyin bakterial ağırlaşması yaşanan zaman antibiotik yazılır. İlkin həkim müayinəsi olmadan antibiotik qəbul etmək qətiyyən tövsiyə olunmur". Mütəxəssis bildirib ki, istər qrip, istərsə də digər xəstəliklər zamanı həkimə müraciət etmək lazımdır: "Temperaturun artması, baş ağrısı, şiddətli öskürək və s. kimi hallarda həkimə müraciət olunmalıdır. Çünki vaxtında doğru diaqnoz qoyulda, zamanında müalicəyə başlanıla bilər". Pərviz
    Click here to Read more
    Prev Article
    Sabiq direktor məhkəmə zalında həbs edildi
    Next Article
    İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment