Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sabiq direktor məhkəmə zalında həbs edildi

    1 minute ago

    Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Qeyd edək ki, onunla bağlı istintaq və məhkəmə dövründə həbs olmayan qətimkan tədbiri seçilmişdi. İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Siğorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
    Click here to Read more
    Prev Article
    Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi
    Next Article
    "Qrip olanda da həkimə müraciət edin, çünki..." - İnfeksionistdən AÇIQLAMA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment