Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qrup halında kredit götürən sahibkarlara güzəştli maliyyə dəstəyi

    21 hours ago

    “Qafqaz-Kredit” MMC kiçik sahibkarlar üçün mikro-biznes kredit məhsulları təqdim edir. Finss.az xəbər verir ki, kreditlər qanunvericiliyə uyğun, ətraf mühitə və ictimai asayişə zidd olmayan fəaliyyətlər üçün dövriyyə kapitalı, avadanlıq alınması, təmir-tikinti və digər biznes ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib. Fərdi kredit şərtlərinə əsasən, sahibkarlara 600-20 000 AZN məbləğində kreditlər 8-48 ay müddətinə illik 19.96%-24.70% dərəcəsi ilə təqdim olunur. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 25% təşkil edir və komissiya haqqı tələb olunmur. Qrup kreditləri isə 3-7 nəfər sahibkardan ibarət həmrəylik qrupu şəklində təqdim olunur. Bu kreditlər 600-2 000 AZN aralığında, 8-24 ay müddətinə, eyni 19.96%-24.47% illik faiz dərəcəsi ilə verilir. Qrup zəmanət mexanizmi əsasında təqdim edilən bu kreditlərdə də komissiya tutulmur, FİFD 25%-dir. Kredit almaq üçün aktiv VÖEN, kredit tarixçəsində gecikmələrin olmaması, zamin və ya girov, vergi və sosial ödəniş çıxarışları və etibarlı şəxsiyyət vəsiqəsi tələb olunur. “Qafqaz-Kredit” sahibkarların maliyyə yükünü azaltmaq və onların işini genişləndirmək üçün sərfəli və şəffaf maliyyə imkanları təqdim edir. Ətraflı məlumat üçün keçid: //qafqazkredit.az/mikro-biznes-qrup-krediti-2/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Dünyada neft və qaz qazma qurğularının sayı apreldə azalıb
    Next Article
    Son 4 ildə gəlirlər 50% artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment