Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sahibkarlara təqdim edilmiş qaimələr əsasında maliyyə dəstəyi verilir

    18 hours ago

    Expressbank ASC tərəfindən təqdim olunan İnvoys maliyyələşdirilməsi məhsulu çərçivəsində təchizatçıların alıcılara qarşı olan pul tələbləri və təqdim edilmiş invoyslar bank tərəfindən maliyyələşdirilir. Finss.az xəbər verir ki, bu məhsul üzrə maksimal maliyyələşdirmə məbləği 250 000 manata qədər müəyyən olunub. Maliyyələşdirmə müddəti 3 ayadək təşkil edir, illik faiz dərəcəsi isə 14 faizdən başlayır. Bank təqdim edilən sənəd üzrə məbləğin ƏDV nəzərə alınmadan 90 faizədək hissəsini maliyyələşdirə bilər. Birdəfəlik komissiya 1 faizdir. Təminat olaraq üçüncü şəxsin zaminliyi və zərurət yarandıqda əlavə təminatlar tələb oluna bilər. Müştəridən hüquqi sənədlərlə yanaşı, alqı-satqı müqaviləsi, elektron qaimə siyahısı, son 12 ay üzrə vergi hesab vərəqəsi və bütün bank hesablarından çıxarışlar təqdim olunmalıdır. Bu məhsul, xüsusilə mal və xidmət təchizatı üzrə fəaliyyət göstərən hüquqi şəxslər və sahibkarlar üçün likvidlik imkanlarını artırmağa yönəlib. Ətraflı məlumat üçün keçid: //www.expressbank.az/az/credit/invoys-maliyyelesdirilmesi Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    İstehsal və xidmət sahəsində çalışanlara sadə prosedurlu maliyyə dəstəyi
    Next Article
    Kənddə biznesə başlayanlara 1000 manatdan başlayan dəstək paketi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment