Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Saxta yollarla tələbə adını alanlara asanlıqla viza verilir”

    2 hours ago

    “Bildiyiniz kimi, 2025-2030-cu illər üçün yeni fəaliyyət planı hazırlanır. Bu planın hazırlanması zamanı bəzi məsələlər mütləq nəzərə alınmalıdır”. Bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib. “Xüsusilə də transsərhəd insan alverinə qarşı mübarizə ilə bağlı yeni çağırışlar var. Bununla əlaqədar yeni planda öz hədəflərimizə çatmaq üçün çağırışları mütləq qeyd etməliyik. Əvvəlki illə müqayisədə turistlərin sayı indi daha da çoxalır. Xüsusilə də Azərbaycana gəlmək üçün viza şərtləri asanlaşdırılıb. Bundan istifadə edən transmilli cinayətkar qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik. Bəzən tələbələr xaricdə oxumaq üçün viza ala bilmirlər. Lakin saxta yollarla tələbə adını qazanan, əslində başqa məqsədlə Avropa və digər ölkələrə getməyi planlaşdıran şəxslərə isə asanlıqla viza verilir. Yəni, əziyyət çəkənlər kənarda qalır. Bu məsələlərdə koordinasiya mütləqdir”, - deyə millət vəkili qeyd edib. Deputat əlavə edib ki, bununla yanaşı, maarifləndirmə işləri gücləndirilməlidir: “Azərbaycanın ucqar kəndləri, hətta kəndlərdən kənarda olan ferma təsərrüfatları var ki, orada çoxlu sayda insan yaşayır. Onların, bəlkə də, televiziyaya, mediaya çıxışı olmasa da, əllərində smartfonlar var. Onlar sosial şəbəkələrdən aktiv istifadə edirlər. Düşünürəm ki, cinayətkarlığın qarşısını almaq üçün sosial şəbəkələrin özündə maarifləndirmə işlərini aparmalıyıq. Qurbanları biz vaxtında aşkarlaya bilmirik, ya da aşkarlasaq belə lazımi dəstək verə bilmirik. Bu problemi hələ də həll edə bilmirik. Çünki qurbanlar çox vaxt baş vermiş hadisəni gizlədirlər. Bu sahədə DİN-in fəaliyyətini alqışlayıram. Çox böyük və faydalı işlər görülür. Milli Koordinatorun fəaliyyətinə uğurlar arzulayıram”. ©Qafqazinfo.az
    Click here to Read more
    Prev Article
    Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edildi
    Next Article
    Cardoso tarihe geçti, ilk kez hat-trick yaptı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment