Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

    8 hours ago

    "Sumqayıt Bulvar" MMC "Vedibasar İnşaat" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.   Valyuta.az Qaynarinfo-nun məlumatına əsasən xəbər verir ki, şirkət MMC-nin Sumqayıt bulvarının cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.  Cari təmir işlərinə 178 635,29 manat xərclənəcək. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vedibasar İnşaat" MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur.  Açıq mənbələrdə Orxan Əliyev haqqında heç bir məlumat yoxdur. Şirkət barəsində də hər hansı məlumata rast gəlinmir. "Vedibasar İnşaat" MMC 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq dövlət satınalmalarında fəal iştirak edir.  Şirkət əsasən abadlıq və təmir işləri ilə bağlı keçirilən satınalma müqsabiqələrinin qalibi seçilir. MMC ötən il 4 tenderin qalibi olub. Bu tenderləri Siyəzən, Lerik, Yardımlı rayon icra hakimiyyətləri və Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu keçirib.  "Sumqayıt Bulvar" MMC ötən il də bulvarda cari təmir işləri həyata keçirib. Təmirə 301 878,01 manat xərclənib. Bununla bağlı keçirilən tenderlərin qalibləri "Fateh Construction” və "Kaspian Standart” şirkətləri olub.  "Sumqayıt Bulvar” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Semur Məmmədovdur.
    Click here to Read more
    Prev Article
    Tarixin ən böyük kəşfi – Saat necə yarandı?
    Next Article
    Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı - baxın, xalq artistinin evində soyuducu boşdur” - Müsahibə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment