Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

    1 hour ago

    Zamanı ölçmək və izləmək insanlığın ən qədim ehtiyaclarından biridir. Əsrlər boyu insanlar günəşin hərəkəti, suyun axını və qumun tökülməsi kimi təbii hadisələrə əsaslanaraq müxtəlif zaman ölçmə vasitələri icad edib. Bu sadə alətlər zamanla inkişaf edərək, mürəkkəb mexaniki və elektron saatlara çevrilib.  Valyuta.az bu yazıda saatın yaranma tarixindən başlayaraq, inkişaf mərhələlərini təqdim edir: Zamanın ölçülməsinə ilk cəhdlər İnsanlar zamanın keçişini izləmək üçün ilk olaraq təbii hadisələrdən faydalanıb. Məsələn, təxminən bizim eradan əvvəl  4000-ci illərdə qədim misirlilər günəş saatlarını icad edərək, günəşin kölgəsinin hərəkətinə əsaslanaraq zamanı ölçmüşlər. Bu saatlar gecə işləmədiyindən, sonralar su saatları kimi alternativlər inkişaf etdirilib. Mexaniki saatların inkişafı Mexaniki saatların tarixi, 13-cü əsrdə Avropada başlayıb. Bu dövrdə əsasən kilsələrdə istifadə olunan və ibadət vaxtlarını izləməyə kömək edən böyük mexaniki saatlar yaradılıb. Bu saatlar sarkaç kimi mexaniki hissələrin hərəkəti ilə işləyirdi.  Müasir saatların əsası Müasir mexaniki saatların inkişafında bir neçə mühüm şəxsiyyətin rolu olub: 11-ci əsrdə Çinli alim Su Song su gücü ilə işləyən bir mexaniki saat dizayn edib. 1525-ci ildə Praqada ilk mexaniki analoq saatı Jacob Zech icad edib. Alman ixtiraçı Peter Henlein, 1511-ci ildə ilk yaylı saatı icad edib.  Saat texnologiyasının sonrakı inkişafı Saat texnologiyası zamanla daha da inkişaf edib: 1656-cı ildə hollandiyalı alim Kristia Huygens, sarkaç prinsipinə əsaslanan ilk mexaniki saatı icad edib. 1927-ci ildə kanadalı mühəndis Varren Marrison, kuvars kristallarının titrəyişinə əsaslanan ilk kvars saatını inkişaf etdirib.  1970-ci ildə Hamilton Watch Company ilk rəqəmsal saatı istehsal edib Bu inkişaflar nəticəsində saatlar daha dəqiq və etibarlı hala gəlib. Saatın icadı və inkişafı, insanlığın zaman anlayışının və texnoloji bacarıqlarının inkişafını əks etdirir. Ən qədim günəş saatlarından başlayaraq, müasir rəqəmsal və atom saatlarına qədər olan bu yol, insanın dəqiqliyə və nizam-intizama olan ehtiyacının bir göstəricisidir. Günay
    Click here to Read more
    Prev Article
    Google, "Kendimi Şanslı Hissediyorum" Seçeneğini Kaldırmaya Hazırlanıyor: Tamam da Niye?
    Next Article
    Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment