Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Süni intellektlə musiqi yarada biləcəyiniz ən yaxşı 7 pulsuz tətbiq - SƏHƏR OXUSU

    15 hours ago

    Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi yaradıcı sahələrdə də yeni imkanlar açır. Artıq istifadəçilər bir neçə sadə mətn əmri vasitəsilə musiqi və ya mahnı hazırlaya bilirlər. Bu istiqamətdə istifadəyə təqdim olunan bir sıra tətbiqlər vasitəsilə pulsuz şəkildə yüksək keyfiyyətli musiqi yaratmaq mümkündür. Valyuta.az süni intellektlə musiqi yarada biləcəyiniz 7 pulsuz tətbiqi təqdim edir: "Suno AI" "Suno AI" süni intellektlə mahnı istehsalı sahəsində ən çox istifadə edilən vasitələrdən biridir. Əvvəllər "Bark" adı ilə tanınan bu tətbiq qısa mətn əmrləri ilə müxtəlif üslublarda tam formatlı musiqi parçaları hazırlaya bilir. İstifadəçilər həm instrumental, həm də vokallı mahnılar yarada bilirlər. Tətbiq gündəlik 50 kredit limiti ilə pulsuz təqdim olunur. Əlavə imkanlar üçün ödənişli versiya mövcuddur. "Soundverse AI" "Soundverse AI" həm peşəkar, həm də həvəskar musiqiçilər üçün nəzərdə tutulmuş süni intellekt əsaslı musiqi istehsal alətidir. Mətnə əsasən musiqi yaratmaq, vokal əlavə etmək və səs ayrımı kimi funksiyalar təqdim olunur. Tətbiq məhdudiyyətli pulsuz versiya ilə istifadə oluna bilər və əlavə olaraq musiqi sahəsində yönləndirmə təmin edən intellektual assistentə malikdir. "AIVA" "AIVA" əsasən klassik, emosional və film musiqiləri üslubunda əsərlər yaratmaq üçün hazırlanıb. Tətbiq istifadəçiyə müxtəlif alətlər arasında seçim imkanı verir, tempo və tematik quruluş üzərində idarəetmə təqdim edir. Pulsuz versiyada istifadəçi ayda 3 dəfə musiqi yükləyə bilər, yaradılan əsərlərin müəlliflik hüququ isə tətbiqin özündə qalır. Monetizasiya yalnız ödənişli versiyada mümkündür. "Google MusicLM" "Google" tərəfindən təqdim edilən "MusicLM" (hazırkı adı "MusicFX") süni intellektlə mətn əsasında musiqi istehsalı üçün hazırlanıb. Sadə əmrlərlə müxtəlif üslublarda instrumental musiqi yaratmaq mümkündür. Tətbiq pulsuz təqdim olunur, lakin vokal əlavə etmək funksiyası mövcud deyil. "Riffusion" "Riffusion" süni intellekt vasitəsilə musiqini vizual əsasda istehsal edən innovativ tətbiqlərdən biridir. İstifadəçi mətn formasında ssenari təqdim etdikdə, tətbiq onu səs dalğalarının vizual görüntüləri vasitəsilə musiqiyə çevirir. Tətbiqin pulsuz versiyasında "FUZZ 1.0 mini" modeli aktivdir və eyni anda iki istehsal imkanı təqdim olunur. Ticarət məqsədli istifadə yalnız ödənişli abunəliklə mümkündür. "Boomy" "Boomy" qısa zaman ərzində orijinal musiqi parçaları istehsal etməyə imkan verir. Müxtəlif musiqi üslublarında hazırlanan mahnılar əsasən sosial media, "YouTube" və podkast məzmunları üçün nəzərdə tutulur. Tətbiq sürətli istehsala yönəldildiyi üçün peşəkar prodüksiya imkanları məhduddur. Pulsuz versiyada müəyyən funksional məhdudiyyətlər mövcuddur. "Udio" "Udio" yüksək keyfiyyətli musiqi istehsalına imkan verən tətbiqlərdən biridir. "Suno AI"a bənzər funksionallıq təklif edən bu vasitə pop və rep janrlarında tam formatlı və vokallı mahnılar yaratmağa imkan verir. Müxtəlif səs personajlarının mövcudluğu bu tətbiqi digərlərindən fərqləndirir. Pulsuz versiyada istifadəçiyə ayda 10 kredit təqdim olunur və bu resursla ay ərzində 4 mahnı yaratmaq mümkündür. Gündəlik 3 mahnı limiti tətbiq edilir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    "Bitcoin" 96 min dollar oldu - Kriptovalyutaların qiyməti qalxdı
    Next Article
    Enerjide stratejik imzalar atılıyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment