Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Super Liqada İstanbul derbisi: Favorit hansıdır?

    1 day ago

    Bu həftə sonu bizi daha bir maraqlı matç gözləyir. Bu dəfə Türkiyə Super Liqasının əzəli rəqibləri "Fənərbağça" və "Beşiktaş" qarşı-qarşıya gələcək. Sözügedən matç 4 mayda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Maraqlıdır, hansı İstanbul klubu derbidə qələbə qazanmağa daha yaxındır? Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, "Fənərbağça" - "Beşiktaş" derbiləri zaman-zaman çox gərgin keçir: "Xüsusən də komandalar çempionluq uğrunda mübarizə aparanda bunu daha çox müşahidə edirik. Lakin indiki halda "Fənərbağça"nın "Qalatasaray"a çata bilməyəcəyini düşünürəm. Ona görə də mövcud vəziyyət bu derbinin mahiyyətini nisbətən aşağı salır. Əlbəttə ki, sıradan oyun olmayacaq və gərgin keçəcək. Ancaq "Qalatasaray" - "Fənərbağça" derbilərindəki kimi gərginlik də gözlənilmir".  Ekspert qeyd edib ki, hər iki komanda bu mövsüm kifayət qədər tənqidlərə məruz qalıb: "Çünki həm "Fənərbağça", həm də "Beşiktaş" bir çox rəqibinə məğlub olub. Hərçənd ki, hər iki komandanı da dünyaca məşhur baş məşqçilər çalışdırır. Onların da hər birinin özünəməxsus oyun üslubu var". Aslan Kərimovun proqnozuna əsasən, derbidə "Fənərbağça" qələbəyə daha yaxın olacaq: "Hesab edirəm ki, derbidə "Fənərbağça" öndə oynamağa çalışacaq. Bu səbəbdən onları qələbəyə daha yaxın tərəf kimi görürəm. Üstəlik, "sarı-bülbüllər" Super Liqada tutduqları mövqe baxımından da "qara qartallar"a nisbətən yaxşı vəziyyətdədirlər. Bundan başqa, "Fənərbağça"nın rəqibinə nisbətən futbolçu keyfiyyəti də daha yüksəkdir. "Beşiktaş" isə çox öndə oynadığı üçün müdafiə xəttində boşluqlar verir və asan şəkildə qol buraxır. "Fənərbağça" onlarla müqayisədə daha stabildir. Bütün bu faktorları nəzərə alaraq, "Fənərbağça"nın derbidə qələbə qazanmaq potensialın daha yüksək olduğunu proqnozlaşdırıram".  Pərviz
    Click here to Read more
    Prev Article
    Ölkə yayımında yeni telekanal fəaliyyətə başlayır
    Next Article
    Ailə başçısının itirilməsi məsələsi ilə bağlı - Ali Məhkəmədən mühüm qərar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment